Pirallahı rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbirlər keçirilib
27 sentyabr 2026 | 15:14
27 sentyabr 2026-cı il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbirlər keçirilib.
İlk olaraq RİH başçısı Vasif İmanov, RİH başçısı Aparatının məsul əməkdaşları və şəhidin ailə üzvləri tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş baş leytenant Babayev Vüsal Sübbuh oğlunun Hərbi Memorial Məzarlıqda yerləşən məzarı ziyarət edilərək önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.
Daha sonra rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatlar və rayon ictimaiyyətinin nümayəndələri “8 Noyabr Zəfər Abidəsi”ni ziyarət ediblər.
27 Sentyabr – Anım Günü ilə əlaqədar Pirallahı qəsəbə məscidində şəhidlər üçün təşkil olunan ehsan süfrəsində RİH başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və qəsəbə sakinləri iştirak ediblər.
Qeyd edək ki, bu gün saat 12.00-da Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ölkəmizin bütün ərazisində, o cümlədən Pirallahı rayonunda da bir dəqiqəlik sükutla yad olunub.







