Pirallahı rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımının 105-ci ildönümünə həsr edilmiş silsilə anım tədbirləri keçirilib
31 mart 2023 | 17:20
Pirallahı rayonunda yerləşən ümumtəhsil və mədəniyyət müəssisələrində 31 Mart Azərbaycanlıların Soyqırımının 105-ci ildönümünə həsr edilmiş silsilə anım tədbirləri keçirilib. Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, YAP Pirallahı Rayon təşkilatının sədri Emil Abasov, məktəb və mədəniyyət müəssisələrinin kollektivləri və məktəblilər iştirak etdilər.
Keçirilən tədbirlərdə dövlət himni səsləndirilmiş, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, soyqırım qurbanlarının və şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, 31 mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş video-çarx nümayiş olunmuşdur.
Keçirilən tədbirlərdə dövlət himni səsləndirilmiş, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, soyqırım qurbanlarının və şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, 31 mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş video-çarx nümayiş olunmuşdur.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev çıxışlarında erməni daşnaklarının 1918-ci ilin mart ayının 30-dan başlayaraq Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Zəngəzurda, Naxçıvanda və Azərbaycanın digər bölgələrində xalqımıza qarşı soyqırımı həyata keçirdiklərini, 50 min azərbaycanlını qətlə yetirdiklərini, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin saldıqlarını bildirmişdir. “Böyük Ermənistan” dövləti qurmaq xülyası ilə yaşayan erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı tarix boyu məqsədyönlü şəkildə soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirilmiş, xalqımız ağır məhrumiyyətlərə və faciələrə məruz qalmışdır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan araşdırmalara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan vermişdir.
YAP Pirallahı Rayon təşkilatının sədri Emil Abasov ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım və deportasiya siyasəti haqqında danışaraq, mart soyqırımının və erməni daşnaklarının xalqımıza qarşı törətdiyi digər cinayətlərin unudulmamasını, gəncliyin bu istiqamətdə maarifləndirilməsinin zəruriliyini qeyd etmişdir. Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına Sərəncam imzalamışdır. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və Şanlı ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılan Zəfərlə bütün soyqırım qurbanlarının və şəhidlərimizin qisası alınmışdır. Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini bilməli, müqəddəs dövlətçiliyimizin qüdrətlənməsi naminə əlindən gələni əsirgəməməlidir.
Sonda məktəblilərin təqdimatında 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı kompozisiyalar nümayiş etdirilmişdir. 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində 31 Mart Azərbaycanlıların soyqırımı ilə bağlı məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Sonda məktəblilərin təqdimatında 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı kompozisiyalar nümayiş etdirilmişdir. 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində 31 Mart Azərbaycanlıların soyqırımı ilə bağlı məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.