Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

05 oktyabr 2024 | 14:22
     2024-cü il 5 oktyabr tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı rayon Komitəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, təhsil müəssisələrinin direktorları və müəllimləri iştirak etmişlər.
      Tədbiri açıq elan edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək, təhsilin hər bir xalqın və dövlətin formalaşmasında, eləcə də gələcəyin möhkəm təməllər üzərində qurulmasında mühüm rol oynadığını vurğulamışdır. O, çıxışında ümummilli lider Heydər Əliyevin "Mən dünyada müəllimdən şərəfli ad tanımıram" sözlərini xatırladaraq, Ulu Öndərin müəllim əməyinə verdiyi yüksək dəyəri qeyd etmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Heydər Əliyevin təhsil siyasətini uğurla davam etdirdiklərini bildirmişdir. Hazırda ölkəmizdə təhsilin inkişafı istiqamətində aparılan islahatların uğurlu nəticələr verdiyi və dövlətin təhsil işçilərinin sosial rifahına xüsusi diqqət yetirdiyi vurğulanmışdır. Bu, müəllimlərin daha vicdanlı və məsuliyyətli fəaliyyət göstərməsinə əlavə stimul yaradır.
      Tədbirin davamında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı rayon Komitəsinin sədri Arzu Cahangirova və digər müəllimlər çıxış edərək, ölkədə son illərdə təhsilin inkişafı üçün görülən genişmiqyaslı tədbirlərdən və rayon üzrə əldə olunan nailiyyətlərdən söz açmış, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə etmişlər.
      Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı rayon Komitəsi tərəfindən fəaliyyətində fərqlənən bir qrup təhsil işçisinə Fəxri Fərman və hədiyyələr təqdim olunmuşdur. Sonda, tədbir iştirakçıları xatirə şəkli çəkdirərək, tədbiri xoş əhval-ruhiyyə ilə yekunlaşdırmışlar.
Keçidlər