Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd olundu

08 mart 2025 | 11:56
        7 mart 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında  “8 Mart – Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçirildi.
        Rayon İcra Hakimiyyətinin başçısı cənab Vasif İmanovun iştirakı ilə keçirilən tədbirdə rayon ərazisində fəaliyyət göstərən və ictimai fəallıqları ilə seçilən qadınlar təltif olundu. RİH başçısı tədbirdə çıxış edərək, qadınların cəmiyyətdəki mühüm rolunu xüsusi olaraq vurğuladı və onların ailə və iş həyatında göstərdikləri fədakarlığı yüksək qiymətləndirdi. O, həmçinin, qadınların iş həyatındakı səmərəli fəaliyyətlərini və müxtəlif sahələrdə əldə etdikləri uğurları qeyd etdi. Vasif İmanov bildirdi ki, Pirallahı rayonunun sosial-iqtisadi inkişafında qadınların rolu hər gün daha da artmaqdadır. Bu, həm onların ictimai fəaliyyətlərinin genişlənməsi, həm də rayonun gələcək inkişafına verdikləri dəstəyin nəticəsidir.
       Tədbirdə iştirak edən qadınlar göstərilən diqqət və təltiflərə görə təşəkkürlərini bildirdilər. Onlar öz növbəsində, Pirallahı rayonunun inkişafına daha da fəal şəkildə qatılmağa, bu yolda öz biliyini, təcrübəsini və enerji potensialını sərf etməyə hazır olduqlarını ifadə etdilər.
        Tədbirdə eyni zamanda, şəhid ailələrinə göstərilən diqqət bir daha önə çəkildi. Belə ki, tədbirdən sonra Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhid ailələrini ziyarət edərək, onların bayramını təbrik etdilər. RİH əməkdaşları vurğuladılar ki, şəhid ailələri hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunacaq və onların ehtiyacları daim diqqət mərkəzində olacaqdır. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

 

Keçidlər