Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələri ziyarət olunub

07 noyabr 2026 | 11:40
         8 Noyabr – Zəfər Günü münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələri ziyarət olunub. Ziyarətlər zamanı şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların ailə üzvləri ilə səmimi söhbətlər aparılıb, qayğı və ehtiyacları ilə maraqlanılıb. Qeyd olunub ki, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsi daim uca tutulur, onların ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, problemlərinin həlli, övladlarının təhsili və gələcəyi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək göstərilən dəstəyin ailələr üçün böyük mənəvi dayaq olduğunu vurğulayıblar. Şəhid ailələri ilə görüşlər səmimi söhbətlər və xoş arzularla davam edib.

 

Keçidlər