Pirallahı rayonunda “Ailə ənənələrinin möhkəmləndirilməsi, inkişafı, ailənin və nikahın əhəmiyyəti və onun qorunması” mövzularına həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir
19 aprel 2024 | 08:51
18 aprel 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 243 nömrəli tam orta məktəbdə “Ailə ənənələrinin möhkəmləndirilməsi, inkişafı, ailənin və nikahın əhəmiyyəti və onun qorunması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları , Pirallahı qəsəbə Məscidinin imamı, Pirallahı Tibb Mərkəzinin nümayəndəsi, məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Tədbirdə mövzular ətrafında çıxışlar edilərək ətraflı məlumatlar verilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına və qüvvədə olan normativ aktlara uyğun olaraq yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin, sağlamlıqlarının qorunması, həyat şəraitlərinin yaxşılaşdırılması, tərbiyəsi, təhsil almaları, qanunazidd əməllərin qarşısının alınması və bu sahədə digər tədbirlərin görülməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısının yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya” və “Qəyyumluq və himayəçilik Komissiyası” yaradılmışdır.
Şəxslərin müraciət etmək imkanlarının genişləndirilməsi məqsədi ilə elektron ünvan (mail@pirallahi-ih.gov.az), elektron müraciət (pirallahi-ih.gov.az/feedback.html), etimad telefonu 5565942 açılmış və rəqəmsal icra hakimiyyəti portalına (rih.gov.az) inteqrasiya olunmuşdur. Bununla bağlı məlumatlar rayon İcra Hakimiyyətinin internet səhifəsində və məlumat lövhəsində yerləşdirilmiş, eləcədə bu barədə məlumatlar vətəndaşlara mütəmadi elan olunur.
Hüquq pozuntularına qarşı əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin, ictimai qınağın vacibliyini nəzərə alaraq gənclərin və erkən nikah yaşında olan şəxslərin məlumatlandırılmasına diqqət artırılmışdır.
Tədbirlər, maarifləndirmə, təbliğat və izahat işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”na və digər normativ aktlara uyğun olaraq həyata keçirilmiş və bu işlər müntəzəm olaraq davam etdirilməkdədir.
Daha sonra verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzular ətrafında şagirdlərlə açıq dialoq aparılmışdır.