Şriftin ölçüsü :

Saytın rəngi :

“Andına və xalqına sadiq Ulu Öndər” başlıqlı tədbir keçirilmişdir

03 oktyabr 2022 | 17:06
      03 oktyabr 2022-ci il tarixində Pirallahı rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının  birgə təşkilatçılığı ilə “Andına və xalqına sadiq Ulu Öndər” başlıqlı tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, başçının müavini İsmayıl Əliyev,  YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov və rayon fəalları iştirak etdilər.
    İlk olaraq Ümummilli lider Heydər Əliyevin RİH-nin inzibati binasının foyesindəki büstünün önünə tər çiçəklər qoyulmuşdur.
     Tədbirin açılışında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilmiş və müasir Azərbaycan Respublikasının qurucusu, Azərbaycan xalqının dahi oğlu, Ümummilli lider, böyük azərbaycanlı Heydər Əliyevin mübarizələrlə,  uğurlarla dolu həyat və fəaliyyətinə həsr olunmuş  film nümayiş olmuşdur.
       Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov Ümumilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işləri vurğulayan natiq qeyd etmişdir ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Ulu öndərin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.
          YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxış edərək bildirmişdir ki, 1993-cü il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi müasir tariximizin ən mühüm hadisələrindən biridir. Oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqımızın böyük oğlu  Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı, insanlara öz qüvvələrinə inamı qaytarıldı. 1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə dirçəliş dövrü yaşandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu. Ölkədə dövlətçilik, azərbaycançılıq ideologiyası formalaşdı. Bir sözlə, Azərbaycan dönməz inkişaf yoluna qədəm qoydu
        Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov öz çıxışında vurğuladı  ki,  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
        Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kadrlar üzrə mütəxəssisi Aysel Qəribli öz çıxışında qeyd etmişdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyildir ki, Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.
         Tədbirin sonunda Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü, qocaman neftçi Səməd Əhmədov öz xatirələrini dəyirmi masa iştirakçıları ilə bölüşmüş və  bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərinin sonunda Pirallahıya səfəri zamanı neft mədənlərinin fəaliyyəti ilə maraqlanarkən burda çalışan neftçləri “qəhrəman neftçilər” adlandıraraq bu sahədə çalışan fədakar insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tapşırıqlarını vermişdir. Məhz Heydər Əliyevin həmin səfərindən sonra Pirallahıda çoxmənzilli müasir binaların tikintisinə başlanılmış, xəstəxana binasının bünövrəsi qoyulmuşdur.
Keçidlər