Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda “Artıq, bacarmıram!” adlı maarifləndirici və psixoloji dəstək xarakterli təlim keçirilib

04 sentyabr 2023 | 14:53
      04 sentyabr 2023-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Harmoniya Psixologiya Mərkəzinin əməkdaşlığı ilə  Pirallahı Gənclər Mərkəzində “Artıq, bacarmıram!” adlı  maarifləndirici və psixoloji dəstək xarakterli təlim keçirilmişdir. Təlimdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Pirallahı rayon Polis İdarəsinin məsul əməkdaşları, Bakı şəhər Gənclər və İdman İdarəsi Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vüqar Əliyev, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların psixoloqları, yeniyetmə və gənclər iştirak etmişdir.
        Rayonun ümumtəhsil müəssisələrinin əməkdaşlarının fəal iştirakı ilə keçirilən təlimdə Harmoniya Psixologiya Mərkəzinin psixoloqu, təlimçi Aygün Məhərrəmova tərəfindən müəllimlərin və psixoloqların işlərində çətinlik yarada biləcək emosional, zehni və fiziki yorğunluğun aradan qaldırılması və gələcəkdə yarana biləcək emosional yanmaya qarşı davamlılığının artırılması məsələlərindən bəhs edilmiş, peşəkar tükənmişliyin diaqnostikası üçün testlər aparılmışdır. Mövzuya uyğun öz bilik və təcrübələrini auditoriya ilə bölüşən psixoloq iştirakçıların suallarını da ətraflı şəkildə cavablandırmışdır. Maraqlı diskusiya şəraitində keçən təlimdə iştirakçılar pozitiv əhval-ruhiyyə ilə xatirə şəkli çəkdirərək tədbirə yekun vurulmuşdur.
Keçidlər