Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda 2 iyul - Azərbaycan Polisi Günü qeyd edildi

02 iyul 2024 | 12:33
      2 iyul 2024-cü il tarixində Pirallahı rayon Polis İdarəsinin inzibati binasında "Azərbaycan Polisi Günü" münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Pirallahı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cümşüd İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları və Rayon Polis İdarəsinin kollektivi iştirak etdilər.
      Tədbir Ulu öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlamışdır.
       Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad  edilmişdir.
       Pirallahı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cümşüd İsmayılov polis əməkdaşlarını 2 iyul - Azərbaycan Polisi günü münasibətilə təbrik edərək Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışaraq bildirmişdir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Pirallahı rayonunda ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində Rayon Polis İdarəsinin şəxsi heyətinin rolu xüsusi qeyd edildi.
        Sonra Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun təbriki diqqətə çatdırıldı. 
      Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov öz çıxışında qeyd etdi ki, 1918-ci il 2 iyul tarixində yaranan Azərbaycan Polisi bu il 106-cı ildönümünü qeyd edir.  1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradıldı və bu gün hüquq-mühafizə orqanlarının fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurması, peşəkarlıq səviyyəsinin artırılması, ixtisaslı və geniş dünyagörüşü gənc kadrların hazırlanması kimi üzərilərinə düşən əsas vəzifələri layiqincə yerinə yetirməsi nəticəsində Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Ulu öndər Heydər Əliyevin ideyalarına ən çətin məqamlarda sadiq olan Azərbaycan polisi bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli və həm də şərəfli vəzifələrinin öhdəsindən bacarıqla gəlir, dövlət başçısının onlara göstərdiyi qayğı və etimadı vicdanlı və layiqli xidmətləri ilə doğruldurlar. Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz vətənpərvərliklərini və şücaətlərini şanlı Vətən müharibəsində də nümayiş etdirdi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
      Sonra tədbirdə çıxış edən Pirallahı rayon məhkəməsinin sədri Faiq Qasımov, rayon prokuroru Zaur Axundzadə,  Dövlət Təhlükəsizliyi Xidməti Pirallahı rayon şöbəsinin rəisi Pərviz Mİrzəyev polis əməkdaşlarını 2 iyul - Azərbaycan Polisi günü münasibətilə təbrik edərək bildirdilər ki, Azərbaycan polisi yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlib. 
        Tədbirin sonunda  ictimai asayişin təmin olunmasında fərqlənən bir qrup polis əməkdaşına Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edildi.
Keçidlər