Pirallahı rayonunda “Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu ” ilə əlaqədar konfrans keçirildi
18 noyabr 2024 | 16:13
18 noyabr 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 №li tam orta məktəbin akt zalında “Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu ” ilə əlaqədar konfrans keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının Aparatının və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Tədbirdə qeyd edildi ki, Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir. Sözügedən forum iştirakçıların liderlik keyfiyyətlərinin formalaşması və ictimai fəallıqlarının stimullaşmasında mühüm rol oynayır.
Sonda şagirdlərə iştirakçı vərəqələri və yaddaş kitabçaları təqdim olunmuşdur.