Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Azərbaycanda dini tolerantlıq və Ramazan” mövzusunda tədbir və iftar süfrəsi təşkil olunub

13 mart 2026 | 14:06
       Pirallahı rayonunda müqəddəs Ramazan ayı münasibətilə “Azərbaycanda dini tolerantlıq və Ramazan” mövzusunda tədbir və iftar süfrəsi təşkil olunub.
       Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
      Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov müqəddəs Ramazan ayının cəmiyyətimizdə birlik, həmrəylik və mərhəmət kimi ali dəyərlərin təbliğində mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, Azərbaycanda dövlət-din münasibətləri sağlam əsaslar üzərində qurulub və ölkəmizdə tolerantlıq, multikulturalizm ənənələri uğurla yaşadılır.
       YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov müqəddəs Ramazan ayının cəmiyyətimizdə mənəvi dəyərlərin, mərhəmət və həmrəylik ənənələrinin möhkəmlənməsində xüsusi rol oynadığını qeyd edib. Bildirib ki, Ramazan ayı insanları xeyirxahlığa, yardımlaşmaya və birliyə səsləyən müqəddəs bir aydır. Emil Abasov vurğulayıb ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, dini tolerantlıq mühitinin möhkəmləndirilməsi Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
     Tədbir çərçivəsində Pirallahı rayonunda Vətən müharibəsi şəhidi Vüsal Babayevin qızının doğum günü münasibətilə ona hədiyyə təqdim olunub. Şəhid ailələrinə göstərilən diqqət və qayğı tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Sonda rayonda yaşayan şəhid ailələri, qazilər və aztəminatlı ailələrin iştirakı ilə iftar süfrəsi açılıb, ölkəmizin rifahı, dövlətimizin qüdrətinin daha da artması və xalqımızın firavanlığı naminə dualar edilib.
Keçidlər