Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda aztəminatlı ailələrə humanitar yardım göstərildi

14 sentyabr 2024 | 12:51

       Yeni dərs ili ərəfəsində Pirallahı rayonunda ənənəvi humanitar aksiyalar keçirilir. 13 sentyabr 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə Pirallahı Rayon Bölməsi tərəfindən keçirilən ənənəvi humanitar aksiyada rayonun aztəminatlı ailələrinin uşaqlarına 2024-2025-ci dərs ilinin başlanması münasibətilə məktəbli formaları, çantalar və dərs ləvazimatları təqdim olundu.

       Dövlətimiz tərəfindən hər zaman diqqət mərkəzində saxlanıldıqlarını söyləyən  valideynlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, eyni zamanda xeyriyyə aksiyasının təşkilatçılarına dərin minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər