Pirallahı rayonunda "Beynəlxalq Əlillər Günü" qeyd olundu
01 dekabr 2023 | 16:32
1 dekabr 2023-cü ildə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən “3 dekabr - Beynəlxalq Əlillər Günü” münasibətilə rayon ərazisində yaşayan fiziki məhdudiyyətli sakinlərin bir qrupu ziyarət olunmuşdur.
Görüşlərdə dəstək tədbirlərinin bundan sonra da davam edəcəyi vurğulanaraq bildirilmişdir ki, dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə bu kateqoriyadan olan vətəndaşların sosial ödənişlərlə təminatı, məşğulluğu daim diqqət mərkəzində saxlanılır. Onların bundan sonrakı dövrdə də dövlətimizin qayğısı ilə əhatə olunacaqları qeyd olunmuşdur. Əlillər ən yüksək diqqət və qayğıya layiq vətəndaşlarımızdır və onların çətinlik və problemlərinin həlli üçün bütün zəruri tədbirlərin görülməsi hər bir Azərbaycan vətəndaşının borcudur.
Cəmiyyətin həssas qrupu olan əlillər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.