Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Cəbrayıl şəhəri günü” qeyd edildi

04 oktyabr 2023 | 16:13
        04 oktyabr 2023-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin və 186 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Cəbrayıl şəhəri günü”nə həsr olunmuş tədbir keçirildi.
       Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri,rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri və şagirdlər iştirak etdilər. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və Ümummilli Lider Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
       Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev tədbiri giriş sözü ilə açaraq “Cəbrayıl şəhəri günü”nün Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis olunduğunu xatırlatdı və artıq rayonlarımızın işğal tarixlərinin yox, azadlıq tarixlərinin qeyd edilməsindən qürurlandığını ifadə etdi. Cəbrayıl şəhərinin  işğaldan azad olunmasının strateji cəhətdən çox böyük əhəmiyyət kəsb etdiyini söyləyən natiq qeyd etmişdir ki, Cəbrayıl şəhərinin düşmən işğalından xilas olması müharibənin sonrakı gedişatına böyük təsir göstərmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə Rəşadətli Azərbaycan Ordusunun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində qısa zamanda işğal altında olan rayonlarımız düşmən tapdağından azad edilmişdir. Eyni zamanda vurğulanmışdır ki, 44 günlük Vətən müharibəsində Pirallahı rayonundan 95 nəfər gənc iştirak etmiş, onlardan 2 nəfər şəhid olmuşdur. Döyüşlərdə  qəhrəmanlıq göstərmiş 58 nəfər müxtəlif medallarla, o cümlədən 12 nəfər “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
      Daha sonra 186 nömrəli tam orta məktəbin tarix müəllimi Qönçə Əzizova  çıxış edərək vurğuladı ki, ən qədim yaşayış məskənlərimizdən biri olan Cəbrayıl rayonu zəngin və ecazkar təbiəti ilə doğma Vətənimizin şanlı tarixini qəlbində yaşadan əziz yurdumuzdur. 4 Oktyabr – Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli addımı nəticəsində, Vətənin igid oğullarının şücaəti ilə Azərbaycan torpaqları düşmən tapdağından azad olunmuşur. Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər.
            Tədbir məktəblilərin böyük zəfərimizə və Cəbrayıl şəhərinə həsr olunmuş kompozisiyaları ilə sona çatdı. Sonda xatirə şəkli çəkdirildi.
Keçidlər