Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Daydo-Juku Karate (KUDO) üzrə Azərbaycan çempionatı keçirildi

20 may 2024 | 14:40
         19 may 2024-cü il tarixdə "Pirallahı İdman Mərkəzi"ndə Daydo-Juku Karate (KUDO) üzrə Azərbaycan çempionatı keçirilmişdir. Əsas məqsədi yığma komandanı formalaşdırmaq və iyun ayında İtaliyanın Roma şəhərində U-19 və böyüklər arası keçirilən növbəti Avropa yarışında Azərbaycanı təmsil etmək olan yarışda ölkəmizin müxtəlif  bölgələrindən 100-ə yaxın idmançı öz gücünü sınamışdır. Yarışda Azərbaycan CIU-Citsu Federasiyasının Prezidenti Mirəli Seyidov, VKF prezidenti Yaşar Bəşirov, AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmov, Azərbaycan Koşıki Karate Federasiyasının Prezidenti Rafael Bünyadov, vitse-prezident Vəliyulla Bünyadov və Ənvər Xəzərxanov, Gənclər və İdman Nazirliyinin nümayəndələri və səfiri Taekvondo üzrə dəfələrlə Avropa və Dünya çempionu Fəridə Əzizova iştirak etmişdir.
         Sonda yaş və çəki qrupu üzrə qaliblər müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırılmışdır.
Keçidlər