Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Dəyərdən-davranışa” adlı layihənin təqdimatı keçirilib

17 mart 2026 | 17:11
       17 mart 2026-cı il tarixində Pirallahı rayonunda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu çərçivəsində  “Dəyərdən-davranışa” adlı pilot layihənin təqdimatı keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli, RİH başçısı aparatının məsul əməkdaşları, Pirallahı Bələdiyyəsinin sədri Əli Kərimov, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşı Nurlan Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə dəstək mərkəzinin psixoloqu Aytəkin Məmmədova, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri və rayon sakinləri iştirak edib.
       İlk öncə Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
       Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini–Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova çıxış edərək bildirdi ki, “Dəyərdən davranışa” adlı pilot layihənin ilk dəfə rayonumuzda keçirilməsi sakinlərimiz üçün çox mühüm əhəmiyyətə malikdir. Bu tip layihələrin keçirilməsi əhali arasında milli-mənəvi dəyərlərin təbliğini daha da gücləndirməyə, cəmiyyətdə ailənin rolu və valideyn məsuliyyəti, gənc nəslin tərbiyəsinə xüsusi önəm verilməsinə əhəmiyyəti daha da artırır. Bu layihədə əsas prioritet bələdiyyələr vasitəsilə rayon əhalisi arasında maarifləndirmə işlərinin gücləndirilməsidir.
         Daha sonra Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə dəstək mərkəzinin psixoloqu Aytəkin Məmmədova layihənin mahiyyəti və məqsədi haqqında ətraflı məlumat verərək qeyd etdilər ki,müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı, internetin həyatın hər sahəsinə nüfuz etməsi bir sıra müsbət tendensiyalarla yanaşı, bəzən neqativ rol da oynayır. Fiziki və mənəvi baxımdan sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür. Azərbaycan Respublikasının dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir.  
        Pirallahı Rayon Polis İdarəsinin əməkdaşı Nurlan Hüseynov  çıxışında yeniyetmələrin ziyanlı vərdişlərdən qorunması, uşaq hüquqlarının müdafiəsi və onların cəmiyyətə yararlı vətəndaş kimi yetiişdirilməsinin vacibliyini önə çəkərək Polis İdarəsi tərəfindən görülən işlərdən danışıb.
        Pirallahı Bələdiyyəsinin sədri Əli Kərimov Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu çərçivəsində baş tutan pilot layihənin ilk dəfə Pirallahıda keçirilməsinin əhəmiyyətindən danışaraq vurğulayıb ki, birgə əməkdaşlıq sayəsində Pirallahı Bələdiyyəsi tərəfindən rayon sakinləri arasında milli-mənəvii dəyərlərin qorunub saxlanılması, ailə dəyərləri, ailədaxili ünsiyyət və valideyn məsuliyyəti  istiqamətində çoxşəxəli fəaliyyət aparılacaqdır.
        Tədbirin sonunda layihəyə aid videoçarx nümayiş etdirilib, diskussiyalar aparılıb, xatirə şəkili çəkilib.
Keçidlər