Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa mənfi təsiri” və “Uşaqların, xüsusi ilə qızların təhsildən yayınması halları” mövzularına həsr olunmuş dəyirmi masa keçirilmişdir

30 yanvar 2024 | 16:39
     30 yanvar 2024-cü il tarixdə  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən V.Mustafazadə adına Mədəniyyət Mərkəzində “Erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa mənfi təsiri” və “Uşaqların, xüsusi ilə qızların təhsildən yayınması halları” mövzularına həsr olunmuş dəyirmi masa keçirilmişdir.
      Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin kollektivi iştirak etdilər.
      Tədbirdə natiqlər çıxışlar edərək bildirdilər ki, erkən nikah və qohumlar arasında nikah halları aktual ailə problemlərindən biridir. Bu halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə   sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
    Eyni zamanda, qızların təhsildən uzaqlaşmasına səbəb olan erkən nikahlar, sosial-iqtisadi səbəblər və digər bu kimi meyillərin qarşısının alınması məqsədilə valideynlər arasında intensiv maarifləndirmə işlərinin aparılmasının vacib olduğu bildirilmişdir.
Sonda kollektivi maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
Keçidlər