Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Etnofest" mədəniyyət festivalı keçirildi

03 may 2024 | 16:50
       3 May 2024-cü il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun təşəbbüsü, 186 nömrəli tam orta məktəbin təşkilatı dəstəyi ilə türkçülük ideyasının təbliği və dəyərlərin aşılanması, habelə türk dilli xalqların həmrəyliyinin simvolu olan Türkçülük Gününün qeyd olunması məqsədilə tədbir keçirilib.
        Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
      Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayan tədbir natiqlərin dərin məzmunlu çıxışları ilə davam etdi. Çıxış edən natiqlər vurğuladılar ki, türkdilli ölkələr arasında əlaqələr hər keçən gün artmaqda və inkişaf etməkdədir. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir. O da qeyd edildi ki, ümumiyyətlə, son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir.
        Tədbirdə şagirdlərin ifasında səslənən mahnılar və xüsusi hazırlanmış ədəbi-bədii kompozisiyalar iştirakçılara maraqlı anlar yaşatdı. Tədbir çərçivəsində müxtəlif rəqs nömrələri nümayiş etdirildi.
Keçidlər