Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü qeyd edildi

16 dekabr 2025 | 17:32
      16 dekabr 2025-ci il tarixində Pirallahı rayonunda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20-ci ildönümü və işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini - rayon Fövqəladə Hallar Komissiyasının sədri  Vəzir Səfixanov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 51 nömrəli Yanğından Mühafizə Hissəsinin rəisi Elton Nəsibov, FHN-nin və RİH-nin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
      Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov tədbir iştirakçılarını 16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Bildirilib ki, Prezident İlham Əliyev 16 dekabr 2005-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir. V.Səfixanov qeyd edib ki, ölkəmizdə baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və bununla bağlı əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir.
       Sonra 51 nömrəli Yanğından Mühafizə Hissəsinin rəisi Elton Nəsibov və onun müavini Əfqan Qurbanov çıxış edərək rayon ərazisində baş verə biləcək hər hansı fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin operativ aradan qaldırılması üçün bundan sonra da bütün qüvvə və bacarıqlarını əsirgəməyəcəklərinə əminlik ifadə ediblər.
      Daha sonra peşə bayramı münasibətilə bir qrup FHN-nin əməkdaşı Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlarla təltif olunub.
Keçidlər