Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi” və “Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq” mövzularına həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir

08 dekabr 2023 | 10:28
        7 dekabr 2023-cü il tarixdə  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbdə “Gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi” və “Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq ” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
        Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı rayon V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin direktoru,  məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
        Tədbirdə  çıxış edənlər mövzular ətrafında şagirdləri məlumatlandırmışlar.
       Qeyd edilmişdir ki, Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Ölkəmiz tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı.
1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumu keçirildi və bununla da gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
         Eyni zamanda bildirildi ki, narkotik asılılığın qurbanları daha çox yeniyetmələr və gənclər olur. Narkotika aludəçiliyi həm gənc insanın özü, həm də ailəsi, yaxınları üçün faciəyə çevrilir. Narkotiklərdən asılılıq ümumi fiziki xəsarətlərə və sağlamlığın ciddi ağırlaşmalarına səbəb olur.  Narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir.
         Beləliklə, bu gün ölkəmizdə zəruri olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış, milli proqramlar hazırlanaraq həyata keçirilmişdir. Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətimizin qarşısında duran ən vacib məsələlərdən birinə çevrilmişdir.
       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qətiyyətli mövqe nümayiş etdirərək, bu problemlə əlaqədar 2000-2006-cı illəri, 2007-2012-ci illəri və 2013-2018-ci illəri əhatə edən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair üç mühüm əhəmiyyət kəsb edən Dövlət Proqramı təsdiq etmişdir. 
        Daha sonra mövzularla  əlaqəli şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
Keçidlər