Pirallahı rayonunda “Heydər Əliyev ili” çərçivəsində tədbirlər davam edir
02 fevral 2023 | 16:46
Pirallahı rayonunda “Heydər Əliyev ili” ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq 02 fevral 2023-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Rauf Əliyev, millət vəkili, Milli Məclisin İnsan hüquqları və Gənclər və idman komitələrinin üzvü Jalə Əhmədova, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət idarə, müəssisə və təşkilatlarda çalışan fəal gənclər və Vətən müharibəsi iştirakçıları iştirak etmişdir.
Tədbirdə ilk olaraq Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Daha sonra “02 fevral - Gənclər günü”nə həsr olunmuş video-çarxa baxılmışdır.
Tədbiri giriş nitqi ilə açan millət vəkili, Milli Məclisin İnsan hüquqları və Gənclər və idman komitələrinin üzvü Jalə Əhmədova gəncləri təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün misilsiz fəaliyyətindən geniş söhbət açan natiq müasir Azərbaycanın regionun güc mərkəzinə çevrilməsində aparılan məqsədyönlü siyasətin həyatımızın bütün sahələri ilə birgə gənclər sahəsində də yeni-yeni uğurlara gətirib çıxardığını vurğulamışdır.
Daha sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev qeyd etmişdir ki, hər il fevral ayının 2-də qeyd olunan bu xüsusi günün təsis olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər hər zaman gənclərə güvənib, onlara cəmiyyətin bütün sahələrində qol-qanad verib. Ümumilli liderin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də hər zaman gənclərin yanında olaraq dəstək və qayğısını əsirgəməmişdir. Ölkə başçısı tərəfindən gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissəinə çevrilməsi də onlara olan etimaddan irəli gəlir. Qürur hissi ilə qeyd etməliyik ki , gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol oynayırlar. Gənclər Azərbaycanın gələcəyi kimi dəyərləndirilir. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin ictimai-siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.
Vətən müharibəsi iştirakçısı Ceyhun Cahangirov çıxış edərək vurğulamışdır ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, həm də onları vətənpərvər ruhda formalaşdırıb. 44 günlük Vətən müharibəsində 30 ilə yaxın mənfur və qaniçən düşmən tapdağında olan əzəli ata-baba torpaqlarımızın azad olunması uğrundakı döyüşlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və komandanlığı altinda əldə olunan tarixi qələbəmiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağa və bu yolda can əsirgəməməyə daim hazırdır. Bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdır.
Sonra N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə Quliyeva çıxış edərək gəncliyin inkişafı ilə bağlı görülən işlərdən, təhsil islahatlarından və əldə olunan nailiyyətlərdən danışmış, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində təhsil siyasətinin əhəmiyyətini xüsusi qeyd etmişdir. Bu gün əsas hədəflərdən birinin gənclərin innovasiya yönümlü potensiallarının aşkarlanması, yaradıcılıq bacarığının təkmilləşdirilməsidir. Öz potensialları ilə fərqlənən gənclərin daim irəli çəkilməsinin prioritet olduğunu bildirən L.Quliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil siyasətinin uğurla həyata keçirildiyini bildirmiş, gənclərə gələcəyin çağırışlarına öz töhfələrini vermələri üçün daha da aktiv olmalarını tövsiyə etmişdir.
168 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin könüllüsü Fidan Cavadova çıxış edərək bildirdi ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərir. Dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir. Gənclərimiz təhsil, idman, incəsənət, musiqi və digər sahələrdə böyük uğurlara imza ataraq ölkəmizi layiqli təmsil edirlər.
Daha sonra çıxış edən millət vəkili Rauf Əliyev çıxış edərək bildirmişdir ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmışdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Cənab İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.Əminik ki, Azərbaycanın daha da güclənməsi və tərəqqisi naminə gənclərimiz üzərilərinə düşən vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək və daha böyük uğurlarla xalqımızı qürurlandırmaqda davam edəcəklər.
Sonda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov gəncləri təbrik edərək bildirmişdir ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Natiq çıxışında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2022-ci il 30 oktyabr tarixli, 30 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Sağlam Həyat” layihəsi ilə əlaqədar məlumat verərək qeyd etdi ki, bu layihə əhalinin müxtəlif yaş qruplarını əhatə edir və insanların fiziki tərbiyə sisteminin normativ əsasını təşkil edir. Layihə könüllülük, hər kəsə uyğunluq, sağlam həyat tərzinin aşılanması, tibbi nəzarət prinsiplərinə əsaslanır. Layihə ilə əlaqədar videoçarx nümayiş olunmuşdur.
Tədbirin sonunda rayonun ictimai həyatında fərqlənən bir qrup gənc Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon Təşkilatı tərəfindən Fəxri Fərmanlarla təltif olunmuşdur.