“Heydər Əliyev İli” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda Uşaq Yaradıcılıq Festivalı keçirildi
01 iyun 2023 | 18:11
01 iyun 2023-cü il tarixində Pirallahı qəsəbəsində yerləşən 168 nömrəli tam orta məktəbin həyətində “Heydər Əliyev İli” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi” gününə həsr olunmuş Uşaq Yaradıcılıq Festivalı keçirilmişdir.
Tədbirdən əvvəl Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndələri 3 saylı Uşaq Somatik Sanatoriyasını və 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsi Günərzi Qayğı Mərkəzini ziyarət edərək uşaqları bayram hədiyyələri ilə sevindirmişlər.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov və Aparatın məsul əməkdaşları, Pirallahı rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər və ümumtəhsil müəssisələrinin, 3 saylı Uşaq Somatik Sanatoriyasının və “Uşaq Günərzi Mərkəzi”nin kollektivləri və uşaqlar, Rayon Ağsaqqallar Şurasının üzvləri, Qeyri-hökumət təşkilatlarının nümayəndələri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri iştirak etdilər.
İlk öncə “4 saylı Uşaq Gənclər İnkişaf Mərkəzi” PHŞ və “Uşaq Günərzi Mərkəzi”nin yetirmələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi” günü münasibətilə uşaqları təbrik edərək ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısının gücləndirilməsindən, uşaq problemlərinə diqqətin artırılmasından, uşaqlarla bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsi istiqamətində görülən işlərdən ətraflı söz açmışdır. Natiq qeyd etmişdir ki, Azərbaycanda dövlət uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu siyasət hazırda cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ümummilli liderimizin daim diqqət mərkəzində olmuşdur. Ulu Öndər Heydər Əliyevin yaratdığı və gələcək nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Respublikamızda gələcəyimiz olan uşaqların sərbəst inkişafı, onlar üçün uğurlu və işıqlı gələcəyin formalaşdırılması sosial siyasətin əsas istiqamətlərindən birinə çevrilib. Uşaqların təhsili, onların sağlamlığının qorunması, fiziki inkişaflarının təmin olunması məqsədilə son illər ölkəmizdə müasir standartlara uyğun tibb müəssisələri, idman obyektləri, təhsil ocaqları istifadəyə verilmişdir. Cənab Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən etmişdir. Bununla yanaşı ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara daim diqqət və qayğı ilə yanaşır.
Maraqlı keçən tədbirdə rayonda fəaliyyət göstərən məktəblərin, mədəniyyət və uşaq yaradıcılıq mərkəzinin bədii kollektivlərinin ifasında şerlər deyilmiş, rəqs nömrələri nümayiş olunmuş, mahnılar səsləndirilmişdir. Festival şən əhval-ruhiyyədə başa çatmışdır.