Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda iftar süfrəsi təşkil olunub

18 aprel 2023 | 11:08
      17 aprel 2023-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı qəsəbəsində müqəddəs Ramazan bayramı münasibətilə şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı ailələr üçün 300 nəfərlik iftar süfrəsi təşkil olunub.
      Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları çıxış edərək mərasim iştirakçılarını müqəddəs Ramazan ayı münasibətilə təbrik ediblər. Ruzi-bərəkət, həmrəylik, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazanın digər müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da qeyd olunduğunu və mənəvi dəyərlərin qorunması və inkişafı, dövlət-din münasibətləri haqqında məlumat veriblər. Prezident İlham Əliyevin rəhbərliyi və birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə həyata keçirilən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışıblar, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq, ruzi-bərəkət arzulayıblar. Bildirilib ki, Ramazan bayramı insanları gözəl əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.
     İftar süfrəsində din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunulub, on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. 
Keçidlər