Pirallahı rayonunda iməcilik aksiyası keçirildi
30 mart 2026 | 12:26
30 mart 2026-cı il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə paytaxtımızın bütün rayonlarında olduğu kimi, Pirallahı rayonunda da iməcilik aksiyası keçirilib. İməcilik zamanı son günlər intensiv yağan yağışların yaratdığı fəsadlar aradan qaldırılıb, ərazidə təmizlik - abadlıq işləri aparılıb.
Səhər saatlarından etibarən rayonun kommunal xidmətləri, idarə, müəssisələri və sahibkarları tərəfindən operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanılıb. Aksiya zamanı küçələr, səki kənarları və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyularaq təmizlənmiş, ağaclar budanaraq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri həyata keçirilmişdir. Eyni zamanda, Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən qəsəbədaxili yollar dezinfeksiya məhlulları ilə yuyulmuşdur.
Qeyd edək ki, təmizlik işləri paytaxtın bütün rayonlarında aparılır və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər görülür. Həyata keçirilən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.






