Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici aktual mövzular üzrə tədbirlər davam etdirilir

13 iyun 2023 | 16:37
     13 iyun 2023-cü il tarixdə  Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən V.Mustafazadə adına Mədəniyyət Mərkəzində “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquq və azadlıqlarının müdafiəsi” mövzusunda maarifləndirici dəyirmi masa keçirilmişdir.
      Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin nümayəndələri, Pirallahı rayon kütləvi kitabxanasının rəhbərliyi və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin kollektivi iştirak etdilər.
      Tədbirdə natiqlər çıxışlar edərək bildirdilər ki, İnsan hüquqları amilini öz əməli fəaliyyətində daim əsas meyar kimi rəhbər tutan Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman, həmçinin, bundan irəli gələn məqsəd və vəzifələr nəzərə alınaraq, 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanmışdır.
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, həmin Dövlət Proqramının təsdiq olunduğu 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmişdir.
      Hüquqi, demokratik və vətəndaş cəmiyyətli dövlət quruculuğunda inamlı və qətiyyətli addımlarını atan müstəqil Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"ndan irəli gələn müddəalar 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın da başlıca qayəsini təşkil etdi.
      Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. İstinasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir.
       Sonda İnsan və vətəndaş hüquqları ilə bağlı kollektivi maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.

 

Keçidlər