Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “İxtisas seçimində İT sahələri” mövzusunda təlim keçirilmişdir

06 avqust 2024 | 13:16
       5 avqust 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Pirallahı rayon Gənclər Mərkəzində “İxtisas seçimində İT sahələri” adlı təlim keçirilmişdir. Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Təranə Piriyeva, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Elvin Orucov, Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Xəyalə Cavanşirli,  Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev və 50-yə yaxın  abituriyent və məktəbli iştirak etmişdir.
     Təlim rəsmilərin çıxışları ilə açıq elan olunduqdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin İKT Departementinin direktoru Aşurbəy Məmmədzadə və üzvlər Rüfət Əzizzadə və Tunar Məmmədli çıxış edərək müxtəlif İT sahələri üzrə iştirakçılara geniş məlumatlar vermişlər.
      Təlim maraqlı müsabiqə və müzakirələrlə yadda qalmışdır. Sonda müsabiqə qaliblərinə və fəal iştirak edən iştirakçılara mükafatlar təqdim olunmuş və xatirə şəkilləri çəkdirilmişdir.
Keçidlər