Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Kəlbəcər şəhəri günü” qeyd edildi

25 noyabr 2023 | 13:00
          24 noyabr 2023-cü il tarixdə Pirallahı rayonu ərazisində fəaliyyət göstərən tam orta məktəblərdə “Kəlbəcər şəhəri günü” münasibətilə tədbirlər keçirilmişdir. Tədbirlər Azərbaycan Respublikasının dövlət himninin səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilmişdir.
          Daha sonra natiqlər Kəlbəcərin azad olunması ilə bağlı şagirdlərə ətraflı məlumat verərək bildirmişlər ki, Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olmuşdur. O da vurğulanmışdır ki, xalqımızın Ulu öndəri Heydər Əliyev hər zaman Kəlbəcərə, onun təbiətinə, insanlarına yüksək dəyər vermişdir. Ümummilli lider illər öncə kəlbəcərlilərlə görüşündə demişdi: “Kəlbəcər yenə də öz keçmiş, gözəl dövrünə qayıdacaq və gələcəkdə ondan da gözəl olacaqdır. O gün həm kəlbəcərlilər üçün, həm də bizim üçün əziz olacaqdır”. Bu gün Ulu Öndərin bu fikirləri artıq reallığa çevrilib. Qarabağın qala qapısı Kəlbəcər işğaldan azad olunub.
         Tədbirlər vətənpərvərlik ruhlu şeir, mahnı, rəqs və kompozisiyalarla öz işini davam etdirmişdir.
Keçidlər