Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş “Zəfər ruhu” adlı esse müsabiqəsi keçirilmişdir

25 sentyabr 2025 | 16:54
       23–25 sentyabr 2025-ci il tarixlərində Pirallahı rayonunda məktəblilərin iştirakı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş “Zəfər ruhu” adlı esse müsabiqəsi keçirilmişdir.
        Müsabiqədə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, başçının müavini Zülfiyyə Məmmədhüseynova, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, eləcə də Pirallahı Gənclər Evinin məsul nümayəndələri iştirak etmişlər.
        23 sentyabr tarixində 15 məktəblinin iştirakı ilə keçirilən esse müsabiqəsinin əsas məqsədi — Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizin əziz xatirəsini əbədiləşdirmək, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək, onlarda milli birlik, azadlıq və suverenlik kimi ali dəyərlərə dərin hörmət hissi formalaşdırmaq olmuşdur. “Zəfər ruhu” mövzusunda yazılmış esselərdə iştirakçılar 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbənin mahiyyətini, bu zəfərin xalqımızın milli kimliyi və gələcəyi üçün nə qədər mühüm olduğunu, həmçinin şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlığı öz baxış bucaqlarından ifadə etmişlər.
       25 sentyabr tarixində münsiflər heyətinin qərarı ilə qaliblər müəyyən olunmuş və onlar Fəxri Fərmanla, xüsusi hədiyyələrlə təltif edilmişlər.
      Təltifetmə mərasimində çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov və başçının müavini Zülfiyyə Məmmədhüseynova vurğulamışlar ki, gənclərin vətənpərvərlik ruhunda formalaşması ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu dövlət gənclər siyasətinin nəticəsidir. Onlar qeyd etmişlər ki, bu siyasət yeni nəslin milli-mənəvi dəyərlərə bağlılığını, dövlətçilik prinsiplərinə sədaqətini və Vətənə xidmət hissini daha da gücləndirmişdir. Müsabiqənin gənclərdə vətənə məhəbbət və şəhidlərimizə sonsuz ehtiram hisslərinin formalaşmasında mühüm rol oynadığını bildirərək, iştirakçılara təşəkkür və təbriklərini çatdırmışlar.
        Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirmişdir ki, gənc qələm sahiblərinin Vətən müharibəsinə, şəhidlərimizə və zəfər tariximizə həsr etdikləri esseləri dinləmək bir daha sübut etdi ki, müstəqil Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Gənclərimizin qəlbində vətən sevgisi, dövlətçiliyə sədaqət və azadlıq ruhu yaşayır. Bu müsabiqə gənclərə öz fikirlərini ifadə etmək, şəhidlərimizin qəhrəmanlığını dərindən dərk etmək və bu dəyərləri gələcək nəsillərə ötürmək üçün mühüm bir imkan yaratmışdır.
        Tədbir qaliblərə Fəxri Fərman və hədiyyələrin təqdim olunması, eləcə də xatirə şəkillərinin çəkilməsi ilə başa çatmışdır.
Keçidlər