Pirallahı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib
25 iyun 2025 | 16:14
25 iyun 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Pirallahı qəsəbəsinin girişində yerləşən körpü yaxınlığında ağacəkmə aksiyası keçirilib.
Aksiya zamanı 100 ədəd ağac və gül kolu əkilib, ətraf mühitin mühafizəsi və yaşıllıqların qorunması istiqamətində tədbirlər həyata keçirilib. Ağacəkmə aksiyasında rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar iştirak etmişdir.






