Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində qanvermə aksiyası keçirildi

02 dekabr 2025 | 16:27
     02 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” PHŞ-nin “Talassemiyasız həyat naminə” proqramına uyğun olaraq  Pirallahı Rayon İcra Hakimiyyəti və “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə qanvermə aksiyası keçirildi. Səhər saatlarından başlayan aksiya rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, o cümlədən rayon sakinlərinin yüksək fəallığı ilə müşahidə olundu.
     Əsas məqsədi qanın komponentlərinə ehtiyacı olan şəxslərə dəstək olmaq, onların sağlamlığına töhfə vermək olan kampaniyada 145-dən çox könüllü donor qan verərək talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsinə dəstək olmuşdur. Aksiya zamanı yüksək təşkilatçılıq və təhlükəsizlik standartlarına riayət olunaraq qanvermə prosesi uğurla həyata keçirildi.
      Qeyd edək ki, bu qəbildən olan tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə sahəsinə göstərdiyi davamlı dəstəyin bariz nümunəsidir. Onların rəhbərliyi altında ölkədə sağlamlıq sisteminin inkişafı, xüsusən də irsi qan xəstəliklərinin müalicəsi və profilaktikasına yönəlik genişmiqyaslı proqramlar həyata keçirilməkdədir.
Keçidlər