Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

07 mart 2025 | 18:17
       7 mart 2025-ci il tarixdə Pirallahı rayonunda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub. Aksiyada Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH başçısı Aparatının məsul əməkdaşları, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər.
      Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu çərçivədə, ölkə başçısının Sərəncamının rayon ərazisində yüksək səviyyədə tətbiq olunması məqsədilə 18 fevral 2025-ci il tarixində RİH başçısı müvafiq Sərəncam imzalayıb və Tədbirlər Planı təsdiq edib. Tədbirlər Planı çərçivəsində il ərzində müxtəlif aksiyaların, dəyirmi masaların, elmi-praktik konfransların, müsabiqələrin və mədəni-kütləvi tədbirlərin təşkil olunması nəzərdə tutulub.
     7 mart tarixli aksiya çərçivəsində 70 ədəd Eldar şamı, 80 ədəd kiparis və 50 ədəd sərv ağacı olmaqla ümumilikdə 200 ədəd ağac əkilib. Ağacəkmə aksiyası zamanı həmçinin ətraf mühitin mühafizəsi, ağacların və yaşıllıqların qorunması istiqamətində də işlər görülüb. Aksiyan rayon sakinləri tərəfindən maraq və rəğbətlə qarşılanıb.
     Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən bu aksiyanın əhəmiyyəti, yalnız bu günün deyil, gələcəyin də yaşıl və sağlam mühitə sahib olması üçün atılan mühüm addımlar arasında yer alır.
Keçidlər