Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda məhəllə komandaları arasında rayon turniri keçirildi

18 aprel 2024 | 16:03
     18 Aprel 2024-cü il tarixdə Pirallahı rayonunda Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman İdarəsi və “Regional Inkişaf” Ictimai Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş 2012-2013-cü il təvəllüdlü yeniyetmələrdən ibarət məhəllə komandaları arasında futbol idman növü üzrə rayon turniri keçirildi. 186 №li tam orta məktəbdə keçirilən turnirdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları iştirak etdilər.
      Turnirdən öncə açılış nitqi ilə çıxış edən natiqlər layihənin əsas məqsədinin xalqımızın Ümumilli Lideri Heydər Əliyevin müasir Azərbaycan dövlətinin xilası və  formalaşmasındakı fəaliyyətinin yeniyetmələr tərəfindən  daha dərindən öyrənilməsinə töhfə vermək və yeniyetmə və gənclər arasında idman və sağlam həyat tərzinin təbliğ etmək olduğunu vurğulamışlar.
    Gərgin mübarizə şəraitində keçirilən turnirdə açağıdakı nəticələr qeydə alındı:
“Pirallahı” – “Gürgən”: 4 – 0
 “Zəfər” – “Volveys”:  0 – 4
 “Pirallahı” – “Mübarizlər”: 0 – 3
     Nəticədə “Pirallahı” komandası üçüncü yeri tutdu.
    “Volveys” və “Mübarizlər” komandaları arasında baş tutan final oyununda “Mübarizlər” komandası 3 – 2 hesabı ilə qalib gələrək Bakı şəhər final mərhələsinə vəsiqə əldə etdi.
Keçidlər