Pirallahı rayonunda məhəllələrarası basketbol turniri keçirilib
24 aprel 2026 | 14:19
23 aprel 2026-cı il tarixində Pirallahı rayonunda Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan məhəllələrarası 3x3 basketbol turniri keçirilib.
Turnirdə Pirallahı Rayon İcra Hakimiyyəti, BŞGİİ-nin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, fiziki tərbiyə müəllimləri və məktəblilər iştirak edib.
İlk öncə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər komandaları salamlayaraq onlara yarışda nailiyyət arzusu ilə qeyd ediblər ki, bu yarışın keçirilməsinin əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin təbliğ olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.
Pirallahı qəsəbəsində yerləşən “Uşaq Parkında” keçirilən 3x3 basketbol turnirində rayon məktəblilərinin komandaları iştirak ediblər. Yekun nəticələrə görə 243 nömrəli tam orta məktəbin komandası birinci, 186 nömrəli tam orta məktəbin komandası ikinci, Y.Əliyev adına 235 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.
Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.






