Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Məhəmməd Füzulinin 530 illiyi əlaqədar silsilə tədbirlər keçirildi

25 aprel 2024 | 11:49
       22-25 Aprel 2024-cü il tarixlərdə Pirallahı rayonu ərazisində fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, müəssisələrin pedaqoji və şagird kollektivlərinin iştirak etdiyi tədbirlər Ümummilli lider Heydər Əliyevin  və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsininin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı. Daha sonra böyük şairin həyat və yaradıcılığı, zəngin fəaliyyəti ilə əlaqədar çıxışlar edildi, məlumatlar verildi. Vurğulandı ki, Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. O da qeyd edildi ki, Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır.
      Tədbirlər sərgilərin nümayiş etdirilməsi, məktəblilərin ifasında şeirlərin səsləndirilməsi və kompazisiyaların təqdim edilməsi ilə davam etdirilmişdir.
Keçidlər