Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Məktəblərdə ultimate frisbee” təlimlərinə start verilib

13 sentyabr 2024 | 10:46
      12 sentyabr 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı Şəhər Gənclər və İdman İdarəsinin və “Ultimate Azerbaijan” idman cəmiyyətinin birgə təşkilatçılığı ilə “Məktəblərdə ultimate frisbee” təlimlərinə start verilib. Təlimdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Anar Babayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev,168 nömrəli tam orta məktəbin fiziki hazırlıq müəllimi Mikayıl Tarverdiyev iştirak etmişdir.
     İlk təlim Pirallahı İdman Mərkəzində keçirilib. Təlimdə “Ultimate Frisbee” idman cəmiyyətinin “Vortex” komandasının təlimçi-oyunçuları Orxan Soltanov, Lalə Tağıyeva və Əhməd Xələfbəyli iştirak edərək uşaqlara təlim keçiblər. Layihə çərçivəsində təlimçilər məktəblilərə bu idman növü haqqında ətraflı və dolğun məlumat vermiş,onları maraqlandıran sualları cavablandırmışlar.
      Layihənin məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması və asudə vaxtlarının səmərəli təşkili üçün şərait yaratmaqdır. Bu təşəbbüs, gənclərin fiziki aktivliyini artırmaq, idmanın faydalarını önə çıxarmaq və sosial əlaqələri gücləndirmək məqsədini daşıyır. Təlim məktəblilər tərəfindən çox maraqla qarşılanmış və yüksək əhval-ruhiyyədə başa çatmışdır.
      Sonda xatirə şəkili çəkilmişdir.
Keçidlər