Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda məktəblilər arasında dama yarışı keçirilmişdir

16 oktyabr 2024 | 17:24
     16 oktyabr 2024-cü il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Pirallahı Gənclər Mərkəzində rayon məktəbliləri arasında 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş dama yarışı keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin fiziki hazırlıq müəllimləri və şagirdlər iştirak etmişdir. 
        Beş təhsil müəssisəsindən məktəblilərin qatıldığı yarışda şagirdlər çox əzmkar mübarizə aparmışlar. Yekun nəticələrə görə aşağıda adları qeyd olunan məktəblər  yarışın qalibləri elan edilmişdir.
  • 1-ci yer: 168 №li tam orta məktəb
  • 2-ci yer: 186 №li tam orta məktəb
  • 3-cü yer: Y.Əliyev adına 235 №li tam orta məktəb
      Mükafatlandırma mərasimində Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev qalib komandaları təbrik edərək ən xoş arzularını çatdırmış və onları Bakı Şəhər Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif etmişlər.
        Sonda xatirə şəkili çəkdirilmişdir.
Keçidlər