Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda "Mənim uğurum - sənin motivasiyan" adlı gənclər üçün inkişaf təlimi keçirilmişdir

14 mart 2024 | 11:06
      Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dünyanın ən böyük texnologiya müsabiqəsi olan “Teknofest” müsabiqəsinin mükafatçısı adına layiq görülən Sara Rəhimzadə ilə gənclərin şəxsi inkişafı məqsədilə "Mənim uğurum - sənin motivasiyan" adlı gənclər üçün inkişaf təlimi keçirilib.
      231 nömrəli tam orta məktəbin akt zalında keçirilən təlim xarakterli tədbirdə BŞGİİ-nin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun, Pirallahı Rayon İcra Hakimiyyətinin və məktəbin məsul əməkdaşları və şagirdlər iştirak ediblər.
       Təlimçi, BDU-nun Fizika fakültəsinin mütəxəssisi və “Teknofest” müsabiqəsinin qalibi Sara Rəhimzadə öz qazandığı nailiyyətləri barədə şagirdlərə məlumat verib. O gənclərə hər zaman öz üzərlərində işləməyi tövsiyə edərək müasir dövrdə tələb olunan bilik və bacarıqlar barədə də bəhs etmişdir. Daha sonra isə şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırıb.
        Təlimin sonunda iştirakçılara Bakı Şəhər Gənclər və İdman İdarəsinin hədiyyələri təqdim edilmişdir.
Keçidlər