Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsi” mövzusunda tədbir keçirilmişdir

12 avqust 2024 | 16:27
       12 avqust 2024-cü il tarixdə 168 nömrəli tam orta məktəbdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mərkəzi Seçki Komissiyasının əməkdaşlığı ilə birgə “Bərabər İnkişaf Naminə” Koalisiyanın müraciəti əsasında “Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsi” mövzusunda görüş keçirilmşdir. Tədbirdə “Bərabər İnkişaf Naminə" Koalisiyanın sədri, iqtisad elmləri doktoru Təranə Kərimova, Koalisiyanın Səbail rayonu üzrə nümayəndəsi Sədaqət Həsənova, 13 saylı Xəzər seçki dairəsinin sədri Mütəllim Balaqardaşov iştirak etmişdir. 
        Pirallahı rayonda yerləşən idarə, müəssisə və təşkilatlarda çalışan qadınlar, vətəndaş cəmiyyəti və ictimai birliklərin nümayəndələrinin iştirak etdiyi görüşdə “Bərabər İnkişaf Naminə” Koalisiyanın sədri Təranə Kərimova, kaolisiyanın Səbail rayonu üzrə nümayəndəsi Sədaqət Həsənova, 13 saylı Xəzər seçki dairəsinin sədri Mütəllim Balaqardaşov iştirakçılara seçki hüququnun mənsubiyyəti, onun təmin edilməsi və reallaşdırılmasının əsasları, qadınların seçkilərdə fəallıqlarını daha da artırması üçün imkanlar və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdilər.
     Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılmış, seçkilərdə hər bir vətəndaşın aktiv olması  arzu edilmişdir. Rayonun ictimai fəallarından Sevda Alxasova, Kəmalə Mustafayeva, Təranə İskəndərova və Türkan Məmmədova çıxış edərək təşkilatçılara dərin təşəkkür etdilər. Belə görüşlərin keçirilməsinin qadınların ictimai-siyasi həyatında mühüm rol oynadığını qeyd edərək bildirdilər ki, bu formatda keçirilən tədbirlər zərif cinsin nümayəndələrinin seçki proseslərində yaxından və fəal iştirak etməsinə zəmin yaradır.
      Tədbir görüş iştirakçılarının xatirə şəkili çəkdirməsi ilə başa çatmışdır.
Keçidlər