Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda minifutbol üzrə məhəllə komandaları arasında rayon turniri keçirilib

24 oktyabr 2025 | 16:13
       24 oktyabr 2025-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış “Şanlı qələbənin” 5-ci ildönümünə həsr olunmuş “Zəfərindən Güc Al” adlı minifutbol üzrə ABAD məhəllələrarası turnirin Pirallahı rayon mərhələsi keçirilib. Turnirdə 5 komanda iştirak etdi. 186 №li tam orta məktəbdə keçirilən turnirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Pirallahı bələdiyyəsinin sədri Əli Kərimov və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev iştirak ediblər.
       Tədbirdə çıxış edən natiqlər iştirakçıları salamlayaraq ilk öncə ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan geniş bəhs etdilər. Şanlı Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş ABAD məhəllələrarası minifutbol yarışının keçirilməsinin əsas məqsədi gəncləri bədən tərbiyəsi və idmanla aktiv məşğul olmağa cəlb etmək, gənclərin fiziki sağlamlığını möhkəmləndirərək sağlam həyat tərzini təbliğ etmək, rayon ərazisində idman yarış və tədbirlərinin ənənələrini qoruyub saxlamaqdan ibarətdir. Natiqlər turnirdə iştirak edən bütün komandalara uğurlar arzu etdilər.
      Gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışın yekun nəticələrinə əsasən aşağıdakı komandalar qalib olmuşdur:
             I yer - 186 nömrəli tam orta məktəbin komandası
             II yer – N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin komandası
             III yer – Y.Əliyev adına 235 nömrəli tam orta məktəbin komandası
       Qaliblər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlarla təltif edilib. Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirdilər.
Keçidlər