Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda mülki müdafiə məşqi keçirilib

14 sentyabr 2026 | 15:55
        Cari ilin 11 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Xəzər və Pirallahı rayonları üzrə Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinın təşkilatçılığı ilə 2026-cı il üçün 1 saylı İxtisaslaşdırılmış Neft Mədən və Xüsusi Texnika idarəsinin Mülki müdafiə üzrə Tədbirlər planına müvafiq olaraq, idarədə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilmişdir.
Keçirilən obyekt məşqində 1 saylı İxtisaslaşdırılmış Neft Mədən və Xüsusi Texnika idarəsinin rəhbər heyəti, Mülki müdafiə qüvvələrinin şəxsi heyəti, hərbiləşdirilməmiş Mülki müdafiə qüvvələrinə cəlb olunmayan işçilər və Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etmişlər.
      Məşqin keçirilməsində məqsəd obyektin rəhbər və komandir-rəis heyətinin fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsinin yoxlanılması, obyektin rəhbər və komandir-rəis heyətinin fövqəladə hal şəraitində birgə fəaliyyətlərinin uzlaşdırılması, obyektin rəhbər və komandir-rəis heyətinin fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, obyektin rəhbər və komandir-rəis heyətinə məşqin təşkili və keçirilməsi, eləcədə işçi sənədlərin hazırlanması üzrə bacarıq və vərdişlərin aşılanmasından ibarətdir.
       Məşq zamanı işçilər obyektdə nümunəvi təhlükəsizlik tədbirləri nümayiş etdirərək şərti olaraq, süni fövqəladə hallar şəraiti yaratmışlar və bu hallarda hər kəsin üzərinə düşən vəzifələrini yerinə yetirmişlər.  Belə ki, işçilər qruplara bölünərək, bir qismi yaranmış yanğın zamanı FHN və Təcili Tibbi Yardım Mərkəzinin qaynar xəttinə zəng etməsini, digər bir qismi yanğına qarşı xüsusi komuflyaj geyinərək yaralıların yanğın sahəsindən kənarlaşdırılmasını, digər bir qismi isə yaralılara ilkin tibbi yardımın göstərilməsini, həmçinin digər zəruri təxirəsalınmaz tədbirləri həyata keçirmişlər. FHN-nin yanğınsöndürmə və Təcili Tibbi Yardım maşınları da öz növbəsində əraziyə daxil olaraq, operativ şəkildə öz vəzifələrini yerinə yetirmişlər.
       Məşqin sonunda, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Xəzər və Pirallahı rayonları üzrə Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinın rəhbərliyi və Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı çıxış edərək, işçilər tərəfindən məşqin  yüksək səviyyədə keçirilməsi, hər qrupun üzərinə düşən vəzifələrin dəqiq və düzgün yerinə yetirmələri, eyni zamanda, gələcəkdə baş verə biləcək fövqəladə halların qarşısının alınması istiqamətində müvafiq qabaqlayıcı, qarşısının alınması və təxirəsalınmaz tədbirlərin görülməsinin zəruri olduğunu  bildirilmişlər.

 

Keçidlər