Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası” tərəfindən müxtəlif növ narkotik vasitələr məhv edilmişdir

06 iyun 2023 | 17:27
      Narkomanlığın qarşısının alınması Pirallahı Rayon İcra Hakimiyyətinin daimi diqqətində olmaqla səmərəli təmin edilmişdir. Rayonda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və qarşısının alınması məqsədilə rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya” və “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası” yaradılmışdır. 
     Narkomanlığın yayılmasının qarşısının alınması sahəsində aidiyyəti vətəndaş cəmiyyəti institutları, hüquq mühafizə və digər orqanlarla qarşılıqlı əlaqə yaradılmışdır. Bu sahədə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün rayon İcra Hakimiyyətində (012) 556-59-42 nömrəli etimad telefonu fəaliyyət göstərir.
      2023-cü il 6 iyun tarixində “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası” tərəfindən məhkəmə qərarlarının icrası ilə əlaqədar müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr,  psixotrop maddələr və onların prekursorları yandırılma yolu ilə məhv edilmişdir.
     Məhvetmə prosesində Komissiya üzvləri və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı iştirak etmişdir.
     Məhvetmə prosesi qüvvədə olan normativ aktların və qaydaların tələblərinə uyğun olaraq həyata keçirilmişdir.
Keçidlər