Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Narkomanlığa qarşı mübarizə ilə bağlı işçilər arasında maarifləndirmə” mövzusunda tədbir keçirilib

04 may 2023 | 16:37
     Mayın 4-də Pirallahı rayonunda İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Pirallahı RPİ-nin rəis müavini, polis polkovniki Elman Kazımov, Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları,  "Pirallahı Tibb Mərkəzi" nin həkimi Arzu Ağayeva iştirak ediblər.
     Tədbirdə Pirallahı RPİ-nin rəis müavini, polis polkovniki Elman Kazımov çıxış edərək bildirmişdir ki, narkomaniya ilə mübarizədə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqavimətin xeyli artırılmasının əsaslarından biridir. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayır.
     Eyni zamanda, "Pirallahı Tibb Mərkəzi" nin həkimi Arzu Ağayeva, Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşı Rauf Əliyev narkotik vasitələrin insan orqanizminə zərərli təsirini qeyd edərək, bu bəlaya qarşı mübarizənin zəruriliyindən, o cümlədən belə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışdılar.
     Sonda mövzu ilə bağlı verilmiş suallar cavablandırıldı.
Keçidlər