Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda növbəti idman yarışı keçirilib

06 may 2024 | 17:07
6 May 2024-cü il tarixdə Pirallahı rayonu üzrə gənclər və idman sektoru və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş şagirdlər arasında badminton idman növü üzrə turnir keçirilib.
Pirallahı İdman Mərkəzində keçirilən turnirdə BŞGİİ-nin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, Azərbaycan Badminton Federasiyasının rəsmisi Kərim Musayev və təhsil müəssisələrinin müəllim və şagird kollektivi iştirak ediblər.
Vüqar Əliyev tədbiri giriş sözü ilə açaraq ölkəmizdə idmanın inkişafına Heydər Əliyev tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyini, hər il ulu öndərimizin anadan olmasının ildönümü münasibətilə müxtəlif turnirlərin təşkil edildiyini, bu tədbirlərin idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği yönündə aparılan fəal dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. Natiq iştirakçılara uğurlar arzulayıb. Daha sonra yarış başlayıb. Gərgin mübarizə şəraitində keçən turnir aşağıdakı nəticələrlə sona çatıb.
Turnirin yekun nəticələrinə əsasən: (oğlanlar)
I yer – N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin komandası
II yer – Y.Əliyev adına 235 nömrəli tam orta məktəbin komandası
III yer - 243 nömrəli tam orta məktəbin komandası
Turnirin yekun nəticələrinə əsasən: (qızlar)
I yer - 186 nömrəli tam orta məktəbin komandası
II yer - 168 nömrəli tam orta məktəbin komandası
III yer - 243 nömrəli tam orta məktəbin komandası
Turnirin qalib komandalarına kubok, diplom və medallar təqdim edilib.
Keçidlər