Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda növbəti iməcilik aksiyası keçirildi

22 iyun 2024 | 13:04
      Ölkəmizdə ətraf mühitin qorunması və ekoloji vəziyyətin davamlı inkişaf konsepsiyamızın tərkib hissəsinə çevrilib. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biridir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 cari il ölkəmizdə keçiriləcək. 
     "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublikamızın bütün bölgələrində olduğu kimi rayonumuza da ətraf mühitin qorunması və ekoloji vəziyyətin  yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Rayonda insanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər də daim diqqət mərkəzindədir. Mövcud parklarda mütəmadi olaraq yaşıllaşdırma və cari təmir işləri aparılmaqdadır. Bu il ərzində keçirilən ağacəkmə aksiyaları zamanı 1300-dən çox müxtəlif növ ağac və gül kolları əkilmişdir.
22 iyun 2024-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü  ilə paytaxtımızın bütün rayonlarında olduğu kimi,  Pirallahı rayonunda  da iməcilik aksiyası keçirildi. Səhər saatlarından etibarən rayonun kommunal xidmətləri, idarə, müəssisələri və sahibkarları tərəfindən operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanılıb. Aksiya zamanı küçələr, səki kənarları və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyularaq təmizlənmiş, ağaclar budanaraq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri həyata keçirilmişdir.
     Qeyd edək ki, təmizlik işləri paytaxtın bütün rayonlarında aparılır və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər görülür. Həyata keçirilən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Keçidlər