Pirallahı rayonunda növbəti iməcilik aksiyası keçirildi
18 aprel 2026 | 11:53
18 aprel 2026-cı il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Pirallahı rayonunda iməcilik aksiyası keçirilib. Səhər saatlarından etibarən rayonun kommunal xidmətləri tərəfindən operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanılıb. Aksiya zamanı küçələr, səki kənarları və işıq dirəkləri, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyularaq təmizlənmiş, ağaclar budanaraq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri həyata keçirilmişdir. Eyni zamanda, Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən qəsəbədaxili yollar dezinfeksiya məhlulları ilə yuyulmuşdur.
Qeyd edək ki, təmizlik işləri paytaxtın bütün rayonlarında aparılır və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər görülür. Həyata keçirilən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.






