Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda növbəti maarifləndirici konfrans keçirilmişdir

28 noyabr 2024 | 15:50
      28 noyabr 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən  243 nömrəli tam orta məktəbin akt zalında “Gənclər arasında ailə dəyərləri, onlarda ailə məsuliyyətinin formalaşdırılması”, “Gender əsaslı zorakılıqla mübarizə” və “Narkomaniyaya qarşı birgə mübarizə aparaq” mövzularına həsr olunmuş maarifləndirici konfrans keçirilmişdir.
         Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun nümayəndəsi, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
     Mövzular ətrafında çıxış edən natiqlər qeyd etdilər ki, bu gün ölkəmizdə ailə institutunun qorunması prioritet məsələlərdəndir. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, inkişafına çalışır. Cəmiyyətin və dövlətin tərəqqisində xüsusi rolu olan ailə öz bütövlüyünü qoruyub saxlayır. Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir.  
     Bununla yanaşı zorakılıq nədir, məişət zorakılığının növləri və Azərbaycan Respublikasının qanunvericiliyində zorakılıga qarşı qəbul edilmiş qanunlar haqqında ətraflı məlumatlar, zorakılığın ən çox ailədə olan azyaşlılara psixoloji təsir göstərdiyi xüsusi olaraq vurğulanmışdır.
    Eyni zamanda, bəşəriyyəti böyük təhlükə qarşısında qoyan və başlıca bəlaya çevrilən narkomaniyanın insan orqanizminə, səhhətinə, sağlamlığına və mənəviyyatına ağır zərbə vurmasından və ona qarşı aparılan mübarizə tədbirlərindən bəhs edilmişdir.
Sonda mövzularla  əlaqəli şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
Keçidlər