Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti tədris ilinə start verildi

15 sentyabr 2022 | 10:26
      15 Sentyabr tarixində Pirallahı rayonunda fəaliyyət göstərən  ümumtəhsil məktəblərində ilk dərs günü Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan 50 hərbi qulluqçumuzun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.
      Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının da iştirak etdiyi tədbirlərdə müəllim və şagird heyəti yeni tədris ili ilə bağlı təbrik olundu, onlara müvəffəqiyyətlər arzu edildi. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinə və onun Müzəffər Ali Baş Komandanına inam ifadə olundu. Vurğulandı ki, qəhrəman Azərbaycan əsgərinin şücaəti bütün şagirdlərə, gənclərə örnək olmalıdır. Qeyd edək ki, ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaqdır.
      2021-2022-ci tədris ilində Pirallahı rayonunun tam orta məktəblərindən 9 azərbaycan, 3 rus bölməsi olmaqla ümumilikdə 201 nəfər orta məktəbi bitirmiş, onlardan 149 nəfər DİM tərəfindən keçirilən qəbul imtahanında iştirak etmiş və 101 nəfər tələbə adını qazanmışdır.
      Onu da qeyd edək ki, 2022-2023-cü tədris ilində Pirallahı ümumtəhsil məktəblərində 2964 nəfər təhsil alacaqdır ki, onlardan 589 nəfər rus qrupu üzrədir.
Keçidlər