Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Novruz bayramı münasibətilə aztəminatlı ailələrə ərzaq bağlamaları paylanıldı

17 mart 2023 | 16:16
   Martın 16-da Pirallahı Rayon İcra Hakimiyyəti və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının dəstəyi ilə 70 aztəminatlı ailəyə bayram sovqatı paylanılıb.
    Novruz bayramı ərəfəsində paylanılan ərzaq yardımlarında şəhid ailələrinə, müharibə veteranlarına və həssas təbəqədən olan ailələrə xüsusi diqqət ayrılmışdır.
   Bayram sovqatı alan ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.
Keçidlər