Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Nüsrət Kəsəmənlinin xatirəsinə həsr olunmuş gənclərin yaradıcılıq festivalı keçirilib

27 dekabr 2023 | 13:25
        26 dekabr 2023-cü il tarixdə, Pirallahı rayon Gənclər Mərkəzində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə şair və publisist Nüsrət Kəsəmənlinin əziz xatirəsinə həsr olunmuş gənclərin yaradıcılıq festivalı keçirilib. Festivalda Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev,  Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, rayonda yerləşən təhsil və musiqi müəssisələrinin müəllim və şagirdləri iştirak etmişdir.
      Tədbir iştirakçıları ilk olaraq rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirmişdir. 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 14 nömrəli Uşaq Musiqi Məktəbi yetirmələrinin ifasında  nəğməkar şair Nüsrət Kəsəmənlinin şerləri səsləndirilmiş, qələmə aldığı əsərlərə yazılmış bəstələr ifa olunmuşdur.  Maraqla keçən festivalda iştirakçılara Bakı Şəhər Gənclər və İdman İdarəsinin sertifikatları təqdim edilmiş, xatirə şəkli çəkdirilmişdir.
Keçidlər