Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda qəyyumluğa və himayəyə verilmiş uşaqların ailələrdə monitorinqi aparılmışdır

21 iyun 2023 | 09:02

     Azərbaycan Respublikasının Konstitusiyasına və normativ aktlara uyğun olaraq yetkinlik yaşına çatmayanların və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının və qanuni mənafelərinin,  sağlamlıqlarının  qorunması, həyat şəraitlərinin yaxşılaşdırılması, tərbiyəsi, təhsil almaları, qanunazidd əməllərin qarşısının alınması və bu sahədə digər tədbirlərin görülməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısının yanında “Yetkinlik  yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə  Komissiya” və “Qəyyumluq və himayəçilik Komissiyası” (bundan sonra Komissiya) yaradılmışdır.

     Yetkinlik yaşına çatmayanların və gənclərin hüquq pozuntuları törətməsinə imkan yaradan səbəb və halların aşkar edilməsi, aradan qaldırılması, həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədilə aidiyyəti orqan, idarə, müəssisə və təşkilatlarla əlaqələr qurulmuşdur.

     Komissiya tərəfindən qəyyumluğa və himayəyə verilmiş valideyn himayəsindən məhrum uşaqların ailələrdə müntəzəm monitorinqi həyata keçirilir.

      Bu məqsədlə 20 iyun 2023-cü il tarixdə də rayon üzrə qəyyumluqda və ya himayədə olanların ailələrdə monitorinqi aparılmışdır. Monitorinq zamanı qəyyumluqda və ya himayədə olan yetkinlik yaşına çatmayanlarla fərdi söhbətlər aparılmış, onların qəyyum və himayəçilərinə müvafiq tövsiyələr verilmişdir.

Keçidlər